Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“ABŞ dövlət katibi yenidən yalan danışaraq hərbi aqressiyanı qızışdırmağa çalışır ki, bu da kubalı və amerikalı insanların qanının tökülməsinə səbəb olacaq”, - deyə Rodriges bildirib.
O, Kubanın ABŞ təhlükəsizliyi üçün təhdid yaratmadığını qeyd edib, Vaşinqtonu adada qəsdən iqtisadi çöküş və sosial ümidsizlik yaratmaqda ittiham edib.
Bundan əvvəl ABŞ dövlət katibi jurnalistlərə açıqlamasında Kubanın hər zaman ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid olduğunu bildirmişdi.
Ordu.az