Erməni siyasi xadim: “Sorğular Samvel Karapetyanın növbəti baş nazir olacağını göstərir”

2026/05/1779392037.jpg
Oxunub: 385     23:27     21 May 2026    
“Sorğular Samvel Karapetyanın Ermənistanın növbəti baş naziri olacağını göstərir”.

Ordu.az xəbər verir ki, bunu “Güclü Ermənistan” Partiyasının şura üzvü Narek Karapetyan sosial şəbəkə hesabında yazıb.

O, paylaşımında ictimaiyyətin Nikol Paşinyanın fəaliyyətindən narazı olduğunu və dəyişiklik istədiyini bildirib.

Karapetyanın sözlərinə görə, baş nazir postu uğrunda Nikol Paşinyanla Samvel Karapetyan arasında mümkün rəqabətdə üstünlük Samvel Karapetyanın tərəfindədir.

O qeyd edib ki, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə qarşıdan gələn parlament seçkilərində də səs çoxluğu qazana bilməyəcək.

Karapetyan iyunun 7-də heç kimin evdə qalmamalı olduğunu vurğulayaraq, Ermənistanda böyük dəyişikliklərin baş verəcəyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin