Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, sanksiyaya məruz qalan şəxslər “Hizbullah”ın Livandakı əsas dövlət qurumları üzərində təsirini qoruyub saxlamağa çalışırlar.
Sanksiya tətbiq edilən şəxslər arasında “Hizbullah”dan parlament üzvləri Həsən Fadlallah, İbrahim əl-Musəvi və Hüseyn əl-Hac Həsən, həmçinin keçmiş deputat və nazir Məhəmməd Fniş də yer alıb.
ABŞ Maliyyə Nazirliyi həmçinin Livandakı İran səfiri Məhəmməd Rza Şeybanini “arzuolunmaz şəxs” elan edib.
Sanksiyalar “Amal” hərəkatının təhlükəsizlik xidmətinin əməkdaşları Əhməd Əsəd Baalbaki və Əli Əhməd Səfavi, eləcə də Milli Təhlükəsizlik Departamentinin rəhbəri briqada generalı Xatar Naser Eldin və Dahiya bölgəsində ordu kəşfiyyat idarəsinin rəhbəri polkovnik Samir Hamadiyə də şamil olunub.
Məlumata görə, adıçəkilən şəxslər ötən il davam edən qarşıdurma zamanı “Hizbullah”a mühüm kəşfiyyat məlumatları ötürüblər.
Sevinc Əliyeva
Ordu.az