Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bildirib.
O, “Armenpress”in könüllülərin yerləşdirilməsinin TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində aparılacaq işlərlə əlaqəli olub-olmaması barədə sualını cavablandırıb.
Allen qeyd edib ki, bu qərar daha çox ABŞ tərəfinin sülh prosesinə olan etimadını göstərir.
“Keçən ilin avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan və çərçivə sazişinin formalaşdırılmasından sonra Zəngəzur vilayətində könüllülərimizi yerləşdirmək üçün əlverişli şərait yarandı”, - deyə amerikalı diplomat bildirib.
O qeyd edib ki, ötən həftə TRIPP layihəsi ilə bağlı razılaşmalar üzrə danışıqlar aparılıb.
“Hazırda bununla bağlı yeni açıqlama yoxdur, lakin həmin istiqamətdə iş və irəliləyiş davam edir”, - deyə Allen vurğulayıb.
Qeyd edək ki, ABŞ Sülh Korpusunun könüllülərinin 6 illik fasilədən sonra yenidən Zəngəzur vilayətinə göndərilməsi barədə qərar mayın 31-də İrəvanda keçirilən andiçmə mərasimində elan olunub.
Alpər Mövludoğlu
Ordu.az