Erməni siyasi xadim: “2024-cü ildə deputat olmamışam, qapalı iclaslarda iştirak edə bilməzdim”

2026/05/1779368321.jpg
Oxunub: 372     22:46     21 May 2026    
Erməni siyasi şərhçi və “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Andranik Tevanyan ona qarşı cinayət işinin “quraşdırıldığını” iddia edib.

Ordu.az xəbər verir ki, Tevanyan bu barədə yaydığı müraciətdə danışıb.

Onun sözlərinə görə, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda guya onun 2024-cü ilin aprelində keçirilmiş qapalı və məxfi parlament iclasları barədə məlumat ötürdüyü qeyd olunur.

Tevanyan bildirib ki, o, 2021-ci ildə parlamentə deputat seçilsə də, 2023-cü ildə mandatından imtina edib və daha sonra İrəvan Ağsaqqallar Şurasına seçkilərdə iştirak edib.

“Bu isə o deməkdir ki, mən fiziki olaraq 2024-cü ildə keçirilmiş həmin qapalı dinləmələrdə iştirak edə bilməzdim”, - deyə o vurğulayıb.

Tevanyan əlavə edib ki, pullarla və digər məsələlərlə bağlı iddialar da əsassızdır.

Onun sözlərinə görə, Nikol Paşinyan özü dövlətə xəyanətlə məşğul olduğu üçün onu bu prosesə cəlb etməyə çalışır.

“Nəticədə özü ən yüksək səslə “Dövlət xainini tutun” deyəcək”, - deyə Tevanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tevanyan   Ermənistan  


Bizi "telegram"da izləyin