“Kuba hər zaman ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid olub” - Rubio

2026/05/1779389373.jpg
Oxunub: 378     22:43     21 May 2026    
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Kuba hər zaman ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid təşkil edib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Rubio Mayamidən İsveçə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Kubada Rusiya və Çin kəşfiyyat xidmətləri fəaliyyət göstərir.

O qeyd edib ki, daha sonra NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün İsveçə, oradan isə Hindistana səfər edəcək.

Bununla yanaşı, Rubio ABŞ-nin Kubanın keçmiş lideri Raul Kastroya qarşı irəli sürülmüş ittihamlar üzrə necə hərəkət edəcəyini şərh etməyib.

“Associated Press” qeyd edir ki, həmin ittihamlar bir çox şəxsdə adaya qarşı hərbi əməliyyatların qaçılmaz ola biləcəyi fikrini formalaşdırıb.

Agentlik xatırladıb ki, Venesuelanın keçmiş lideri Nikolas Maduroya qarşı da oxşar ittihamlar irəli sürülmüş və bu, yanvar ayında həyata keçirilən əməliyyat zamanı onun devrilməsinə haqq qazandırmaq üçün istifadə olunmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Kuba  


Bizi "telegram"da izləyin