Ordu.az xəbər verir ki, Paşinyan bu barədə mayın 21-də Ermənistanın Ağrı vilayətinin Artaşat şəhərində keçirilən mitinqdə çıxışı zamanı danışıb.
O qeyd edib ki, bundan əvvəl Ermənistanın bütün artilleriyası 1950-1960-cı illərə aid olub.
Paşinyanın sözlərinə görə, Serj Sarkisyan 1980-ci illərin silahlarından danışarkən həqiqəti şişirdib.
“Əslində həmin silahlar 1960-1970-ci illərin silahları idi. Onlar digər dövlətlərin istifadəyə yararsız hesab edib Ermənistana göndərdiyi son mərhələ silahlarından istifadə edirdilər”, - deyə Paşinyan bildirib.
O vurğulayıb ki, ordunun, silahlanmanın və texnologiyanın nə olduğunu mayın 28-də İrəvanın Respublika meydanında göstərəcəklər.
Paşinyan dövlət əmlakının geri qaytarılması məsələsinə də toxunub.
Onun sözlərinə görə, Ağrı vilayətinə təxminən 200 milyon dollar dəyərində 25 obyekt qaytarılıb.
Ermənistan Baş naziri bildirib ki, “inqilab” hazırda kulminasiya nöqtəsinə çatıb, çünki dövlət vətəndaşı, vətəndaş isə dövləti sevir.
Paşinyan əlavə edib ki, 2018-ci ildə başlayan bu prosesin nəticələri Ermənistan tərəfindən hiss olunmağa davam edəcək.
O, müxalifəti “müharibə və casusluq partiyası” adlandıraraq onların Ermənistan vətəndaşlarını 300 min azərbaycanlının geri qayıdacağı ilə qorxutmağa çalışdıqlarını iddia edib.
Alpər Mövludoğlu
Ordu.az