Erməni oliqarx: “Paşinyan da bir neçə aydan sonra deyəcək ki, İrəvan Azərbaycandır, vəssalam”

2026/05/1779389283.jpg
Oxunub: 386     22:36     21 May 2026    
“Ermənistan indi Atom Elektrik Stansiyasının tikintisinə başlamasa, ölkə elektriksiz qala bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni oliqarx, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan Ermənistanın Şirak vilayətinin Gümrü şəhərində seçicilərlə görüş zamanı deyib.

O qeyd edib ki, mövcud Atom Elektrik Stansiyası 8 ildən sonra fəaliyyətini dayandıracaq, yeni stansiyanın tikintisi isə ən azı 8 il vaxt tələb edir.

Tsarukyan xatırladıb ki, ABŞ vitse-prezidenti İrəvana gələrək 9 milyard dollar dəyərində ABŞ istehsalı modul Atom Elektrik Stansiyalarının tikintisini təklif edib.

“Üstəlik, həmin Atom Elektrik Stansiyalarının sınaqları ABŞ-də yalnız 2033-cü ildə başlayacaq. Ermənistan hakimiyyəti buna görə məsuliyyəti necə öz üzərinə götürməyi planlaşdırır?

Əvvəllər Paşinyan deyirdi ki, Qarabağ Ermənistandır, vəssalam. Sonra isə dedi ki, Qarabağ Azərbaycandır, vəssalam. Paşinyan da bir neçə aydan sonra deyəcək ki, İrəvan Azərbaycandır, vəssalam”, - deyə erməni oliqarx bildirib.

Tsarukyan hakimiyyətin inzibati resurslardan istifadə etdiyini və dövlət qurumlarının əməkdaşlarını seçki kampaniyalarında iştirak etməyə məcbur etdiyini də iddia edib.

“Hakimiyyət özünü tükəndirib, onlar vədlərini yerinə yetirməyiblər”, - deyə o yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan  


Bizi "telegram"da izləyin