Ordu.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Estoniya, Litva və Latviyaya qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı nota təqdim olunub.
Nazirliyin bəyanatında qeyd edilib ki, Estoniya Rusiya tərəfindən aparılan yalan, təhdid və təxribat xarakterli kampaniyanı qətiyyətlə pisləyir.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, ölkə öz ərazisinin və hava məkanının Rusiyaya qarşı hücumlar üçün istifadəsinə icazə vermir.
“Əks iddialar Rusiya təbliğatının növbəti nümunəsidir və reallığı əks etdirmir”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, NATO üzvü olan bir ölkəyə qarşı təhdid bütün alyansa qarşı təhdid hesab olunur.
Bəyanatda həmçinin qeyd olunub ki, Estoniya, Litva və Latviya hava məkanında pilotsuz uçuş aparatlarının görünməsi Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin birbaşa nəticəsidir.
Sevinc Əliyeva
Ordu.az