Ordu.az xəbər verir ki, Tsarukyan bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın “Araratsement” zavodunun dövlətləşdirilməsi ilə bağlı açıqlamasını şərh edib.
Tsarukyan bildirib ki, zavodu özəl sahibdən alıb və müəssisə hər ay dövlət büdcəsinə böyük həcmdə vergi ödəyir.
“Bu gün deyir ki, zavodu xalqa verəcək. O zaman qoy xalqın orada payı olsun. Yoxsa yalnız sən qanunsuz şəkildə varlanacaqsan”, - deyə o vurğulayıb.
Tsarukyan qeyd edib ki, belə qərar qəbul edilərsə, onu məhkəmədə mübahisələndirəcək.
O bildirib ki, səkkiz il ərzində hakimiyyət yalnız yalan danışıb və heç bir nəticə əldə etməyib.
“Torpaqları verdiniz, bu qədər ölən və yaralanan var”, - deyə erməni siyasətçi bildirib.
Tsarukyan öz ünvanına səsləndirilən casusluq ittihamlarına da münasibət bildirib.
“Əgər bunu sübut etməsələr, belə danışanlar cəzalandırılmalıdır. Bu qədər qurbana səbəb olduğun üçün yerin altına girməlisən, utanmalı və bundan sonra insanların arasına çıxmamalısan”, - deyə o, Paşinyana müraciət edərək qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az