Ordu.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin siyahısında yer alan Papikyan bu açıqlamanı mayın 21-də verib.
“Sən və ya qohumun ya erməni dilini başa düşmürsünüz, ya da bilərəkdən ictimaiyyəti çaşdırırsınız”, - deyə Papikyan bildirib.
O qeyd edib ki, ötən gün Karapetyana sadə bir sual ünvanlayıb: “Niyə ailənizin 6 üzvü Ermənistan ordusunda xidmət etməyib və lazım gəldikdə ölkənin müdafiəsində iştirak etməyib?”.
Papikyan bildirib ki, bundan sonra məsələ ətrafında ciddi narazılıq yaradılıb.
“İndi hay-küy salırlar, istəyirlər ki, biz ölək. Divandan yıxılmaqla ölmürlər, sarayın qarşısında da ölmürlər, “Lamborghini”dən yıxılmaqla da ölmürlər. Ümumiyyətlə, fərarilər ölmürlər. Öz adamlarınıza da deyin ki, ayaq altında dolaşmasınlar”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az