Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, silahlı şəxslər avtomobildən Saravan bölgəsində patrul xidməti həyata keçirən hüquq-mühafizə qüvvələrinə atəş açıblar.
Hadisə nəticəsində polis əməkdaşı, leytenant Əmir Hüseyn Şəhrəki həyatını itirib.
Bildirilir ki, İran polisi hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb və hücum edən şəxslərin saxlanılması məqsədilə ərazidə axtarış əməliyyatları aparılır.
Sevinc Əliyeva
Ordu.az