Rusiya ballistik, hipersəs və qanadlı raketləri sınaqdan keçirib

2026/05/1779377621.jpg
Oxunub: 328     19:21     21 May 2026    
Rusiya nüvə təlimlərinin ikinci mərhələsinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, ballistik, hipersəs və hava bazalı qanadlı raketlərin praktiki buraxılışları həyata keçirilib.

Məlumata görə, “Plesetsk” kosmodromundan Kamçatkadakı “Kura” poliqonu istiqamətində “Yars” qitələrarası ballistik raketi buraxılıb.

Qeyd edək ki, təlimlər Rusiya strateji nüvə qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Raket   Sınaq  


Bizi "telegram"da izləyin