Pezeşkian ordu komandanı ilə görüşüb, qoşunlar ən yüksək döyüş hazırlığı vəziyyətindədir

2026/05/1779371650.jpg
Oxunub: 375     17:53     21 May 2026    
“İran ordusu yüksək əməliyyat hazırlığı sayəsində bütün dünyaya İslam Respublikasının müdafiə gücünü və nüfuzunu açıq şəkildə nümayiş etdirib”.

Ordu.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian ordu baş komandanı Əbdolrəhim Musavi ilə görüşü zamanı bildirib.

“Milli birlik və silahlı qüvvələrin gücü ölkəmizin təhlükəsizliyinin ən mühüm dayaqlarıdır. İran hökuməti mövcud bütün resurs və imkanları silahlı qüvvələrin hərtərəfli dəstəklənməsi və gücləndirilməsi üçün səfərbər edəcək”, - deyə Məsud Pezeşkian vurğulayıb.

Öz növbəsində, İran ordusunun baş komandanı ölkə rəhbərliyinə qoşunların ən yüksək döyüş hazırlığı vəziyyətində olduğuna və istənilən xarici çağırışı dəf etməyə qadir olduğuna dair zəmanət verib.

“İran İslam Respublikası ordusu ölkəmizə yönəlmiş hər hansı təhdid, aqressiya və ya avantürist addıma qəti, sarsıdıcı və adekvat cavab verməyə tam hazırdır. Ordunun şəxsi heyəti bütün gücü və fədakarlığı ilə dövlətin təhlükəsizliyini, müstəqilliyini, şərəfini və ərazi bütövlüyünü qorumağa, həmçinin böyük xalqımızı müdafiə etməyə hazırdır”, - deyə baş komandan bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin