ASELSAN ilə Türkiyə MSK arasında təxminən 470 milyon dollarlıq satış müqavilələri imzalandı

2026/05/1779194088.jpg
Oxunub: 378     15:57     21 May 2026    
ASELSAN ilə Prezidentliyə bağlı Müdafiə Sənayesi Komitəsi arasında süni zəka dəstəkli Şəhər Təhlükəsizliyi İdarəetmə Sistemlərinin tədarükünə dair ümumi məbləği təxminən 470 milyon dollar olan satış müqavilələri imzalanıb.

Ordu.az xəbər verir ki, ASELSAN sosial media hesablarında etdiyi açıqlamada yeni iş anlaşmalarını elan edib.

Açıqlamada qeyd edilib: “ASELSAN ilə Müdafiə Sənayesi Komitəsi arasında süni zəka dəstəkli Şəhər Təhlükəsizliyi İdarəetmə Sistemlərinin tədarükünə dair ümumi məbləği 469.974.000 ABŞ dolları olan müqavilələr imzalandı. Müqavilələr çərçivəsində təhvil 2026 ilə 2029-cu illər arasında həyata keçiriləcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin