Ordu.az xəbər verir ki, Bayraktaroğlu təlimin Türk Silahlı Qüvvələrinin hazırlıq səviyyəsini, manevr və atəş gücünü, qoşunlar arasındakı koordinasiyasını göstərməsi baxımından mühüm olduğunu vurğuladı.
Ordunun inventarına daxil olan yerli və milli sistemlərin terrorla mübarizə əməliyyatında da effektiv şəkildə istifadə olunaraq hazırda üstün bir səviyyəyə çatdığını vurğulayan Bayraktaroğlu deyib: “Türkiyə Silahlı Qüvvələrinin döyüş gücü yüksəkdir. Hər cür əməliyyatı yerinə yetirəcək imkan və bacarığa malikdir. İlk növbədə PUA və zərbə PUA-sı, həmçinin elektron mübarizə idarəetməsi və istifadəsi sahəsində bütün müasir ordular arasında ön sıralarda yer almış, ənənələri pozan uğurlar əldə etmiş, dünya hərbi ədəbiyyatında konsepsiya dəyişikliyi yaratmış və “PUA diplomatiyası” anlayışını qazandırmışdır”.
Müdafiə sənayesinin yüksək yerli istehsal nisbətinə çatdığını xatırladan Bayraktaroğlu bildirdi ki, Türkiyə Silahlı Qüvvələrinin, müdafiə sənayesinin və Türkiyənin nüfuzu artaraq dost və müttəfiq ölkələr üçün milli imkanların təminat mənbəyinə çevrilib.
EFES NATO-nun ən böyük təlimlərindən biridir
EFES Təliminin 1975-ci ildən 2016-cı ilədək milli, 2016-cı ildən etibarən isə bir il milli, bir il beynəlxalq səviyyədə icra edildiyini xatırladan Bayraktaroğlu bunları qeyd edib:
“Bu təlimin NATO ölkəsi tərəfindən icra olunanlar arasında ən böyük təlimlərdən biri olduğunu demək istəyirəm. Bu da birgə və müştərək əməliyyatların hamısını, yəni amfibi hücum əməliyyatı və sualtı müharibə də daxil olmaqla, dəniz əməliyyatının bütün növləri, yaxın hava dəstəyi və pilotsuz sistemlər. Hücum, müdafiə və hava hücum əməliyyatı da daxil olmaqla quru əməliyyatının bütün növləri, yaxın hava dəstəyi və pilotsuz sistemlərin hamısı birgə icra edilir. Bundan başqa, hərbi gəmilərdən, təyyarələrdən, helikopterlərdən, pilotsuz sistemlərdən və quru atəş dəstək vasitələrindən real atəşlər həyata keçirilir”.
Bayraktaroğlu təlimdə 50 dost və müttəfiq ölkədən 1305 nəfərlik şəxsi heyətin iştirak etdiyini bildirib.
Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı, Sahil Mühafizə Komandanlığı ilə dövlət qurum və təşkilatlarının şəxsi heyəti də daxil olmaqla ümumilikdə 10 min 388 nəfərin təlimə qatıldığını bildirən Bayraktaroğlu qurumlararası əməkdaşlıq çərçivəsində 5 nazirlik, 9 dövlət qurum və təşkilatı ilə 54 müdafiə sənayesi şirkətinin təlimdə yer aldığını söyləyib.
FPV pilotsuz uçuş aparatı və kibermüdafiə təlimləri keçirildi
Jenerik ssenariyə əsaslanan təlimin kompüter dəstəklı komanda məntəqəsi təlimi mərhələsinin 11-17 aprel tarixləri arasında 22 dost və müttəfiq ölkənin iştirakı ilə 24 saatlıq rejimdə icra edildiyini bildirən Bayraktaroğlu bunları qeyd edib:
“Təlim müddətində dost və müttəfiq qüvvələrlə birlikdə əsas məşqlərin yanında FPV pilotsuz uçuş aparatı, antidron, sürü pilotsuz uçuş aparatı, radioelektron mübarizə və kibermüdafiə kimi xüsusi təlimlər də icra olunub. İçində olduğumuz faktiki mərhələ isə 20 aprel-21 may tarixləri arasında həyata keçirilir. Təlimin dünən gecəki hissəsində xüsusi qüvvələrin axtarış-xilasetmə əməliyyatı, ön qüvvə əməliyyatı, quru, dəniz və hava atəş dəstək vasitələri ilə döyüş meydanının formalaşdırılmasından sonra koordinasiyalı şəkildə hava hücum əməliyyatı və amfibi əməliyyat icra edilib. Xüsusilə, dünən gecə BAYKAR şirkətinin istehsalı olan kamikaze qabiliyyətli sürü pilotsuz uçuş aparatı hücumu təlimə ayrıca dəyər qatdı. Gələcəyin döyüş konsepsiyasında əsas yerini tutdu”.
50 fərqli yerli silah və sistem ilk dəfə istifadə olundu
Bayraktaroğlu təlimdə quru, dəniz və hava qüvvələri tərəfindən milli müdafiə sənayesi istehsalı olan 50 fərqli silah və sistemin ilk dəfə istifadə edildiyini bildirib.
Təlim çərçivəsində bir çox yeni fəaliyyətin icra edildiyini bildirən Bayraktaroğlu bunları deyib:
“Kamikaze qabiliyyətli sürü pilotsuz uçuş aparatı sistemi, KARAOK tank əleyhinə raketi, zərbə PUA-larımızla MAM-T və TEBER sursatı atışı həyata keçirilmiş, zərbə PUA-larımızda radioelektron mübarizə podu və insansız quru vasitələri ilk dəfə istifadə olunub. Təlimdə bir ilk olaraq “Bayraktar” TB3 zərbə PUA-sı TCG “Anadolu”dan havaya qalxaraq atış icra ediib, yeni tip “Hızır Reis” sualtı qayığı dəniz əməliyyatındakı üstün bacarıqlarını ortaya qoymuş, SALVO və MARLİN insansız dəniz platformaları ilə yeni tip desant vasitəsi də dəniz ünsürlərinin effektivliyini sahəyə yansıdıb.
HİSAR-A, HİSAR-O, TOLGA, SUNGUR və SİPER hava hücumundan müdafiə sistemləri təlim meydanında yerləşən hava hücumundan müdafiə silah mövqeyində “Polad Günbəz” arxitekturası çərçivəsində nümayiş etdirilir. Təlimdə süni zəka dəstəkli proqramlar komanda-idarəetmə proseslərində effektiv şəkildə istifadə olunmuşdur. Həmçinin bu il ilk dəfə müdafiə sənayesi şirkətlərimiz və universitetlərimiz bir araya gətirildi. Gənc istedadları təşviq etmək məqsədilə 69 universitetdən 292 layihənin qatıldığı EFES 2026-Müdafiə Elmi və Texnologiyaları layihə müsabiqəsi təşkil edildi”.
Sevinc Əliyeva
Ordu.az