Ordu.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.
“The Guardian” nəşrinin yaydığı məlumata görə, Pavel bildirib ki, Avropada sülhü fəal şəkildə qorumaq, saxlamaq və dəstəkləmək lazımdır.
“Hazırkı dərs Avropanın tək qalması deyil, lazım gəldikdə çətinliklərə tab gətirəcək qədər güclü olmasıdır”, - deyə Çexiya Prezidenti vurğulayıb.
Pavel qeyd edib ki, ən yaxşı mövqedə olmaq üçün bütün imkanlardan istifadə edilməlidir, çünki “tarix Avropanın hazır olmasını gözləməyəcək”.
Polşanın baş naziri Donald Tusk isə Avropada müharibə təhlükəsinin artıq hiss olunduğunu bildirib.
O, Baltikyanı regionda, xüsusilə Litvada pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin artmasını buna əsas kimi göstərib.
Tuskun sözlərinə görə, son on gündə baş verən hadisələr xaosun qonşu dövlətlərə yayıla biləcəyini göstərir və Baltikyanı ölkələr öz hərəkətlərindən asılı olmayaraq hədəfə çevrilə bilər.
Sevinc Əliyeva
Ordu.az