Ordu.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məxfi sənədə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı ərazisində fəaliyyət göstərən iranlı hərbi attaşelərin və diplomatların deportasiyası məsələsi də gündəmdədir.
“Məxfi dosyedə iranlı hərbi attaşelərə və diplomatlara qarşı sanksiyaların tətbiqi və onların ölkədən çıxarılması təklif olunur”, - deyə məqalədə bildirilib.
Qeyd olunub ki, nəzərdən keçirilən tədbirlərin əsas səbəbi bəzi diplomatik nümayəndələrin İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrinin olmasıdır.
Sənəddə Polşadakı İranın hərbi attaşesi Məhəmməd Naqizadənin adı da çəkilib.
Sevinc Əliyeva
Ordu.az