Ordu.az xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Siyasət və Proqramlar Bürosunun nümayəndəsi Fransin Pikap Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı panel müzakirəsində deyib.
Onun sözlərinə görə, İran və Livan böhrandan ən çox zərər görən ölkələr sırasında olsalar da, lakin bunun təsirləri yalnız həmin dövlətlərlə məhdudlaşmır:
"Böhranın Yaxın Şərq, ərəb ölkələri və Asiya-Sakit okean regionunda yaratdığı dalğavari təsirlər görünür. Ona görə də vəziyyəti qiymətləndirmək və anlamaq vacibdir. Amma əsas məsələ qiymətləndirmədən əməli addımlara keçməkdir. BMT-nin əsas mesajı onillərlə qurulan insan inkişafı göstəricilərinin bir neçə həftə ərzində məhv olmasıdır".
UNDP rəsmisi bildirib ki, regionda davamlı atəşkəs əldə olunsa da, sosial-iqtisadi təsirlər uzun müddət hiss ediləcək:
"İran sanksiyalar, yüksək inflyasiya və alıcılıq qabiliyyətinin azalması səbəbindən ciddi iqtisadi təzyiq altında idi. Hərbi eskalasiya isə bu problemləri daha da dərinləşdirdi. Son təhlillərimiz də İranda yoxsulluq səviyyəsinin artdığını göstərir".
Ordu.az