Stoltenberq: “NATO ABŞ olmadan mövcud ola bilməz, Avropa İttifaqı alyansı əvəz edə bilməz”

2025/02/1738729350.jpg
Oxunub: 315     13:28     21 May 2026    
NATO ABŞ olmadan mövcud ola bilməz, Avropa İttifaqı isə alyansın rolunu öz üzərinə götürmək iqtidarında deyil.

Ordu.az xəbər verir ki, bunu Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq mayın 21-də İsveçin SVT telekanalına müsahibəsində deyib.

“Xeyr, bu, artıq təxminən 80 ildir tanıdığımız NATO olmayacaq. Söhbət bütün təhdidlərə qarşı birlikdə mübarizə aparan Avropa və ABŞ birliyindən gedir. Məhz buna görə də Avropa ilə ABŞ arasında parçalanmaya yol verməmək üçün mümkün olan hər şeyi etmək son dərəcə vacibdir”, - deyə o bildirib.

Stoltenberq qeyd edib ki, Avropa İttifaqına hörmətlə yanaşsa da, bu qurumun ümumi təhlükəsizlik təminatları və müdafiə məsələlərində NATO-nu əvəz edə biləcəyinə inanmır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   NATO   ABŞ  


Bizi "telegram"da izləyin