Ordu.az xəbər verir ki, bunun Uoll-strit tarixinin ən iri IPO-su olacağı gözlənilir.
Prosesin əsas təşkilatçısı “Goldman Sachs” bankı olacaq.
2026-cı ilin fevralında Maskın süni zəka sahəsindəki startapı olan “xAI” ilə birləşmədən sonra “SpaceX”in dəyəri 1,25 trilyon dollar qiymətləndirilib.
Şirkətdə İlon Maskın nəzarət paketinin dəyərinin 600 milyard dollardan çox ola biləcəyi bildirilir.
2025-ci ildə Mask sərvəti 500 milyard dolları keçən ilk insan olmuşdu. Bu isə o deməkdir ki, “SpaceX”in IPO-su onun ümumi sərvətini daha da artıraraq dünyada ilk trilyonerə çevirə bilər.
“SpaceX” bu il birjaya çıxacağı gözlənilən süni zəka sahəsindəki üç nəhəng şirkətdən birincisi olub.
Digər iki şirkət “OpenAI” və “Claude” çatbotunun hazırlayıcısı olan “Anthropic”dir.
Cəmi üç gün əvvəl İlon Mask “OpenAI” və onun rəhbəri Sem Altmana qarşı qaldırdığı məhkəmə iddiasını uduzub.
“SpaceX”in qurucusu Altmanı fırıldaqçılıqda ittiham edib. O bildirib ki, Altman Maskın şirkətə milyonlarla dollar investisiya yatırmasından sonra “OpenAI”yə kommersiya statusu verib.
Sevinc Əliyeva
Ordu.az