Ordu.az xəbər verir ki, bunu Yəmən və Səudiyyə Ərəbistan üçün İnkişaf və Yenidənqurma proqramının direktoru Hala Əl Saleh Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişə Zonalarında İnkişaf Proqramlarının Hazırlanması" sessiyasında deyib.
O bildirib ki, Yəməndəki böhran və münaqişə dövründə Səudiyyə Ərəbistanı tərəfindən 2018-ci ildə strateji təşəbbüs başladılıb:
"Bu təşəbbüs qeyri-sabitlik səbəbindən fərqli şəraitdə həyata keçirilir. Yəmən hökuməti ilə əməkdaşlıq edir, sektorlararası inteqrasiyanı təmin edir və effektiv yerli, həmçinin beynəlxalq tərəfdaşlıqlar yaradırıq. Bu proqram Cənub İnkişaf və Yenidənqurma Proqramı olaraq icra edilir. Bu günə qədər səkkiz əsas sektorda 300-dən çox layihə həyata keçirmişik. Buraya təhsil, nəqliyyat, enerji, kənd təsərrüfatının səmərəliliyi və digər sahələr daxildir".
O bildirib ki, qeyd olunan proqram üzrə Yəməndə beş icra ofisi fəaliyyət göstərir:
"Bundan əlavə, 40-dan çox beynəlxalq, yerli və BMT səviyyəsində tərəfdaşlıq əlaqələri qurmuşuq. Müdaxilə fəaliyyətlərimiz Yəmənin 16 əyalətini əhatə edir. Bizi digər qurum və təşkilatlardan fərqləndirən əsas məqamlardan biri təcrid olunmuş şəkildə fəaliyyət göstərməməyimizdir. Biz Yəmən hökumətini, beynəlxalq təşkilatları, ABŞ və vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən inteqrasiya şəbəkəsinin bir hissəsiyik. Məqsədimiz yalnız fəaliyyətləri koordinasiya etmək deyil - bu, bizim modelimizin sadəcə əsas elementlərindən biridir. Çünki tərəfdaşlar vahid inkişaf yanaşması ilə işlədikdə təsirin miqyası genişlənir, səmərəlilik artır, təkrarlanan fəaliyyətlər azalır və institutlarla cəmiyyət arasında etimad güclənir".
Ordu.az