İran Hörmüz boğazında öz nəzarət zonasının xəritəsini göstərib

2026/05/1779342131.jpg
Oxunub: 398     09:44     21 May 2026    
Tehran tərəfindən təsis edilmiş Fars körfəzi Hörmüz boğazı administrasiyası (Persian Gulf Strait Authority, PGSA) bu su arteriyasında öz məsuliyyət zonasının xəritəsini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Boğazın şərqində İranın Kuh-Mübarəkini və BƏƏ-nin Füceyrəsinin cənub hissəsini birləşdirən xəttdən tutmuş, boğazın qərbində İranın Qeşm adasının uc nöqtəsi və BƏƏ-nin Umm əl-Qüveynini birləşdirən xəttə qədər”, - deyə PGSA-nın “X” sosial şəbəkəsində yayımlanan mesajında qeyd olunur və beləliklə İran Hörmüz boğazının idarə edilməsi üçün öz “tənzimləyici yurisdiksiyasını” müəyyən edib.

Bu hissədən keçmək niyyətində olan istənilən gəmi “öz fəaliyyətini PGSA ilə razılaşdırmalı və ondan icazə almalıdır”.

İranın Ali Milli Təhlükəsizlik Şurası bazar ertəsi Hörmüz boğazı ilə bağlı məsələlərlə məşğul olacaq xüsusi qurum yaradılması barədə qərar qəbul etdiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin