İran ABŞ-nin son təklifinə cavabını dəyərləndirir

2026/04/1777437793.jpg
Oxunub: 362     09:38     21 May 2026    
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai Tehran tərəfinin ABŞ-nin son təklifinə cavabını dəyərləndirdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.

“İran formulunun ilkin mətninə əsasən, bu mətn 14 bənddən ibarət idi, mesaj mübadiləsi bir neçə dəfə aparılıb”, - deyə agentlik Baqainin sözlərini sitat gətirib.

“Biz ABŞ tərəfinin fikirlərini aldıq və onları öyrənirik”, - deyə o bildirib.

Agentlik dəqiqləşdirir ki, Vaşinqton və Tehran Pakistan vasitəsilə atəşkəslə bağlı təklif olunan sənədin redaksiyası üzrə mesajlar mübadiləsi aparır.

Daha əvvəl “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən ABŞ-nin Pakistan vasitəsilə İranın daha əvvəl göndərdiyi təkliflərə cavab ötürdüyünü bildirmişdi.

Mənbə bildirib ki, Tehran mətnə baxır, lakin cavab hələ hazır deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin