“Past”: Avrasiya İqtisadi Birliyində Ermənistanla bağlı hansı qərar veriləcək?

2026/05/1779340756.jpg
Oxunub: 445     09:27     21 May 2026    
Mayın 28-29-da Astanada 5-ci Avrasiya İqtisadi Forumu və Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, bir neçə gün əvvəl Rusiyanın Baş nazir müavini Aleksey Overçuk mayın 29-da keçiriləcək Avrasiya İqtisadi Birliyi sammiti zamanı Ermənistanın təşkilatdakı statusunun müzakirə ediləcəyini açıqlamışdı.

“Past” qəzetinin məlumatına görə, hazırda Ermənistanın Avrasiya İqtisadi Birliyindəki üzvlüyünün dondurulması barədə qərarın qəbul edilməsinə meyl var.

Bildirilir ki, bu qərar Ermənistan hakimiyyəti Avropa istiqamətindəki “sərgərdanlığını” davam etdirib-etdirməyəcəyi və ya ölkənin Avrasiya İqtisadi Birliyində qalacağı ilə bağlı yekun rəsmi qərar qəbul edənədək qüvvədə qala bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin