Sançes İsrail naziri Ben-Qvirə qarşı Avropa İttifaqı sanksiyalarını dəstəkləyib

2026/05/1779340668.jpg
Oxunub: 327     09:22     21 May 2026    
İspaniyanın Baş naziri Pedro Sançes fələstinpərəst “Sumud” donanmasının saxlanılan iştirakçılarına münasibətlə əlaqədar İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı ümumavropa sanksiyalarının tətbiqini dəstəklədiyini bildirib.

Ordu.az xəbər verir ki, Ben-Qvir daha əvvəl “X” sosial şəbəkəsində fəalların gəlişini əks etdirən video yayımlayıb.

İspaniya tərəfi həmin görüntülərdə alçaldıcı rəftar hallarının qeydə alındığını iddia edib. Sançes belə hərəkətləri qəbuledilməz adlandırıb və İspaniyanın öz vətəndaşlarına qarşı pis rəftara imkan verməyəcəyini bəyan edib.

O, daha əvvəl Ben-Qvirin İspaniyaya girişinə qadağa qoyulduğunu xatırladıb və bu məhdudiyyətlərin bütün Avropa İttifaqı ərazisində tətbiqinə nail olmaq niyyətində olduğunu bildirib.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, donanmanın bütün gəmiləri saxlanılıb, təxminən 430 fəal isə həbs olunub. İsrail hakimiyyəti onların konsulluq nümayəndələrinə təhvil verilməli olduğunu açıqlayıb.

“Qlobal Sumud Donanması” aksiyası apreldə müxtəlif ölkələrin gəmilərinin iştirakı ilə başlayıb. Təşkilatçılar bildirirlər ki, məqsədləri Qəzza zolağının dəniz blokadasını yarmaq və humanitar dəniz dəhlizi yaratmaqdır.

Daha əvvəl məlumat verilmişdi ki, İsrail hərbçiləri beynəlxalq sularda gəmilərin saxlanılmasına başlayıb və fəalları Aşdod limanına aparırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sançes   İsrail  


Bizi "telegram"da izləyin