Ordu.az xəbər verir ki, bu barədə Hörmüz boğazına bitişik Fars körfəzi administrasiyası məlumat yayıb.
“X” sosial şəbəkəsində yayımlanan açıqlamada bildirilir ki, yeni zona İranın Kuh-e Mübarək bölgəsindən Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərinin cənub hissəsinə qədər boğazın şərq girişini, eləcə də Qeşm adasından Umm əl-Küveynə qədər boğazın qərb girişini əhatə edir.
Qeyd olunur ki, həmin ərazidən keçən bütün gəmilər artıq İran hakimiyyətinin razılığı və icazəsi əsasında hərəkət etməlidir. Bu isə faktiki olaraq Tehran hakimiyyətinin dünyanın əsas dəniz marşrutlarından biri üzərində nəzarətini gücləndirməsi deməkdir.
Sevinc Əliyeva
Ordu.az