Rütte Rusiyanı NATO təhlükəsizliyi üçün əsas təhdid adlandırıb

2026/05/1779340255.jpg
Oxunub: 367     09:15     21 May 2026    
NATO-nun baş katibi Mark Rütte Rusiyanın Avroatlantik təhlükəsizlik üçün əsas birbaşa təhdid olaraq qaldığını bildirib.

Ordu.az xəbər verir ki, o, bu açıqlamanı mayın 20-də Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində verib.

Rüttenin sözlərinə görə, beynəlxalq vəziyyət, xüsusilə Avropada daha gərgin və münaqişəli xarakter alıb. Bu isə təhlükəsizliyin təmin olunması məqsədilə NATO müttəfiqləri arasında koordinasiyanın gücləndirilməsini tələb edir.

O qeyd edib ki, alyans ölkələri onların sabitliyini və təhlükəsizliyini pozmağa yönəlmiş cəhdlərin artması ilə üzləşirlər. Bu səbəbdən NATO daxilində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   Rusiya   NATO  


Bizi "telegram"da izləyin