Ordu.az xəbər verir ki, o, bu barədə Praqada İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşündən sonra açıqlama verib.
Bundan əlavə, Maçinka Çexiyanın İsrailə qarşı Avropa İttifaqının yeni sanksiyalar tətbiq etməsinə qarşı olduğunu və lazım gələrsə, bu təşəbbüsləri təkbaşına bloklamağa hazır olduğunu vurğulayıb.
“Biz artıq İsrailə qarşı Avropa İttifaqında sanksiyalara imkan verməyəcəyik, hətta bunun üçün onları təkbaşına bloklamalı olsaq belə”, - deyə Maçinka bildirib.
O həmçinin qeyd edib ki, Praqa Avropa İttifaqı ilə İsrail arasında assosiasiya sazişinin dayandırılması və ya yenidən nəzərdən keçirilməsi ilə bağlı istənilən cəhdə, o cümlədən qismən məhdudiyyətlərə qarşı çıxacaq.
Sevinc Əliyeva
Ordu.az