“Hraparak”: Rusiyada Ermənistana qarşı ciddi mövqe sərgilənir

2026/05/1779340143.jpg
Oxunub: 365     09:09     21 May 2026    
“Rusiyanın hakim dairələri Ermənistanda özlərinə qarşı aparılan, “hibrid müharibə” adlandırılan kampaniyaya, eləcə də Rusiya və Vladimir Putinə qarşı yayılan məlumatlara ciddi yanaşmağa başlayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, bu məlumatlar əsasən hakimiyyətə yaxın dairələr tərəfindən yayılır.

“Əldə etdiyimiz məlumata görə, Ermənistanda tanınmış sitkomlardan birində rol alan və hakimiyyətə yaxın hesab edilən aktyorun anti-Putin müsahibələri və açıqlamalarından sonra Rusiyada həmin aktyorun biznesmen qohumunu taparaq xəbərdarlıq ediblər ki, bu açıqlamalar və müsahibələr davam edərsə, onun fəaliyyəti və Rusiya ərazisində qalması qısa zaman məsələsinə çevriləcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin