İndoneziyada silahlı separatçılar 8 mülki şəxsi qətlə yetiriblər

2026/05/1779338516.jpg
Oxunub: 347     08:17     21 May 2026    
Silahlı separatçıların İndoneziyanın şərqində həyata keçirdiyi hücum nəticəsində səkkiz mülki şəxs həlak olub.

Ordu.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İndoneziya Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, hadisə Dağ Papua əyalətinin Yahukimo rayonunda baş verib.

Vurğulanıb ki, hücum bölgədə fəaliyyət göstərən silahlı separatçı qruplar tərəfindən həyata keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Silahlı-separatçı  


Bizi "telegram"da izləyin