TWZ: ABŞ Yaxın Şərqdə lazer silahı ilə təchiz edilmiş iki gəmi yerləşdirib

2026/05/1779355846.jpg
Oxunub: 448     07:15     21 May 2026    
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məsuliyyət zonasında lazer sistemləri ilə təchiz olunmuş USS “Spruance” və USS “John Finn” esminesləri yerləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” portalı məlumat yayıb.

Gəmilərdən birincisi USS “Abraham Lincoln” aviadaşıyıcısının zərbə qrupunun tərkibinə daxildir, digəri isə Hind okeanında döyüş növbətçiliyi həyata keçirir.

Bu sistemlərin əsas məqsədi qarşı tərəfin pilotsuz uçuş aparatlarını çaşdırmaqdır.

Lazer qurğuları gəmilərin, sualtı qayıqların və uçuş aparatlarının kəşfiyyat sistemlərini sıradan çıxarmağa imkan verir. Bunun üçün onların kamera və sensorları hədəfə alınır.

“HDQ oxşar sistemləri doqquz gəmidə yerləşdirib və hazırda onların donanmada tətbiqi və sınaqlarının genişləndirilməsi istiqamətində işləyir”, - deyə ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi bildirib.

Qeyd olunur ki, həmin doqquz gəminin əksəriyyəti aşağı güclü lazerlərlə təchiz olunub.

Bu sistemlər qarşı tərəfin elektron və optik avadanlıqlarını, kameralarını və sensorlarını sıradan çıxarmaq üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Esmines  


Bizi "telegram"da izləyin