"Yonhap": Si Cinpin Şimali Koreyaya səfər etməyi planlaşdırır

2026/05/1779338181.jpg
Oxunub: 357     06:14     21 May 2026    
Çin Xalq Respublikasının Sədri Si Cinpin tezliklə Şimali Koreyaya səfər edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

"Çin Xalq Respublikasının Sədri Si Cinpin tezliklə Şimali Koreyaya səfər edəcəyini göstərən kəşfiyyat məlumatları əldə etmişik", - deyə agentliyin mənbələrindən biri bildirib.

Başqa bir rəsminin sözlərinə görə, bu səfər may ayının sonu və ya iyunun əvvəlində baş tuta bilər.

Seul qeyd edib ki, Çinin xarici işlər naziri Van İ aprel ayında Şimali Koreyaya səfər edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Şimali-Koreya  


Bizi "telegram"da izləyin