"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır

2026/05/1779177018.jpg
Oxunub: 318     02:38     21 May 2026    
Amerikanın "SpaceX" şirkəti səhmlərinin ilkin kütləvi təklifi (IPO) üçün sənədləri təqdim edib.

Ordu.az xəbər verir ki, bunu ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında dərc olunmuş qeydiyyat forması sübut edir.

Sənədə əsasən, "Space Exploration Technologies Corp" şirkəti "Nasdaq" birjasında "SPCX" ticarət nişanı altında siyahıya alınmağı planlaşdırır.

Bu, ABŞ tarixində ən böyük bazar debütü ola bilər.

Açıqlanan məlumatlara görə, "SpaceX"in ötən ilki gəliri 18,67 milyard dollar olub. Bu gəlirin əsas hissəsi "Starlink"dən gəlib. Şirkət gələcək inkişafı təkcə kosmik buraxılışlar və peyk rabitəsi ilə deyil, həm də kosmosda məlumat mərkəzlərinin yaradılması da daxil olmaqla süni intellekt sahəsindəki layihələrlə əlaqələndirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Nasdaq  


Bizi "telegram"da izləyin