Macarıstanda Konstitusiya dəyişir: Baş nazir iki dəfə seçilə biləcək

2026/04/1777534622.jpg
Oxunub: 313     01:07     21 May 2026    
Macarıstan Konstitusiyaya Baş nazirin səlahiyyət müddətinin iki dəfə olmaqla dörd illik müddətlə məhdudlaşdırılmasını daxil etməyi planlaşdırır.

Ordu.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, müvafiq düzəliş yeni Baş nazir Peter Madyarın partiyası tərəfindən irəli sürülüb.

Təşəbbüsə əsasən, bir şəxs ardıcıl iki müddətdən və ya ümumilikdə səkkiz ildən artıq hökumət başçısı vəzifəsini tuta bilməyəcək.

Əgər yeni qayda əvvəllər xidmət etdiyi müddətlərə şamil edilərsə, 16 il hökumətə rəhbərlik etmiş keçmiş Baş nazir Viktor Orbanın yenidən bu vəzifəyə namizədliyini irəli sürməsi faktiki olaraq qadağan olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Konstitusiya  


Bizi "telegram"da izləyin