Senator Lindsi Qrem Raul Kastroya qarşı ittihamları dəstəkləyib

2026/05/1779307860.jpg
Oxunub: 332     00:10     21 May 2026    
Respublikaçı senator Lindsi Qrem ABŞ Ədliyyə Nazirliyinin Kubanın 94 yaşlı sabiq lideri Raul Kastroya qarşı 1996-cı il hadisələri ilə bağlı irəli sürdüyü ittihamları dəstəklədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Qrem Ədliyyə Nazirliyinin qərarını “çoxdan gözlənilən addım” adlandırıb və amerikalıların qanına bulaşmış “quldurların və diktatorların” məsuliyyətə cəlb edilməsinə görə quruma təşəkkür edib.

İttihamlar 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin Kuba hakimiyyətinə qarşı çıxan “Brothers to the Rescue” təşkilatına məxsus iki təyyarəni vurması ilə bağlıdır.

Məlumata görə, həmin vaxt təşkilatın üç təyyarəsi ada ölkəsinin hava məkanına daxil olmuş, daha sonra Kuba hərbçiləri onlardan ikisini vurmuşdu.

İttihamlarla bağlı xəbər ABŞ prezidentinin Amerikanın “təcrid olunmuş dövlətlər” və düşmən strukturların ABŞ sərhədlərinə yaxın mövcudluğuna dözməyəcəyi barədə açıqlaması fonunda yayılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrem   Kastro   ABŞ  


Bizi "telegram"da izləyin