Ordu.az xəbər verir ki, o, bu barədə Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
Qaluzinin sözlərinə görə, Rusiya erməni xalqına hörmətlə yanaşır və ölkədə gərginləşən seçkiqabağı vəziyyət fonunda cəmiyyətin “soyuqqanlılığını” qoruyacağına ümid edir.
Diplomat bildirib ki, Moskva Ermənistanın Rusiya ilə münasibətlərin pisləşməsinə imkan verməyəcəyini gözləyir.
“Ümid edirik ki, qarşıdan gələn seçkilərlə bağlı yaranan daha gərgin atmosferdə erməni cəmiyyəti heç kimə öz ölkəsini Rusiya ilə qarşıdurmaya sürükləməyə imkan verməyəcək”, - deyə Qaluzin vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az