Kuba prezidenti Raul Kastroya qarşı ABŞ ittihamlarını siyasi motivli adlandırıb

2026/05/1779307766.jpg
Oxunub: 359     00:01     21 May 2026    
Kuba prezidenti Migel Dias-Kanel ABŞ hakimiyyətinin Kubanın Kommunist Partiyasının sabiq lideri Raul Kastroya qarşı irəli sürdüyü ittihamların hüquqi əsası olmadığını və siyasi xarakter daşıdığını bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Dias-Kanel qeyd edib ki, bu addım “heç bir hüquqi əsası olmayan siyasi aktdır” və onun fikrincə, “uydurma işin” möhkəmləndirilməsinə, eləcə də Kubaya qarşı təzyiqlərin əsaslandırılmasına yönəlib.

Kuba prezidenti eyni zamanda ABŞ-ni 1996-cı il hadisələri ilə bağlı faktları təhrif etməkdə ittiham edib. Həmin vaxt Kuba hərbçiləri ABŞ-də kubalı mühacirlər tərəfindən yaradılmış humanitar təşkilata məxsus iki təyyarəni vurmuşdu.

Dias-Kanel vurğulayıb ki, Kubanın o dövrdəki hərəkətləri beynəlxalq hüquq normalarına uyğun olub və qanuni özünümüdafiə xarakteri daşıyıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Ədliyyə Nazirliyi Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə “Hermanos en Rescate” təşkilatına məxsus iki təyyarənin məhv edilməsi ilə bağlı rəsmi ittiham irəli sürmüşdü.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   ABŞ  


Bizi "telegram"da izləyin