ABŞ Ədliyyə Nazirliyi: Raul Kastro ölüm cəzası ilə üzləşə bilər

2026/05/1779304679.jpg
Oxunub: 402     23:14     20 May 2026    
ABŞ Ədliyyə Nazirliyi Kubanın sabiq lideri Raul Kastro və iş üzrə digər təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların maksimum cəza kimi ölüm hökmü və ya ömürlük həbs nəzərdə tutduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, belə cəza ABŞ vətəndaşlarının qətli və qətl məqsədilə sui-qəsd ittihamları üzrə tətbiq oluna bilər.

Nazirlik qeyd edib ki, ittihamlar xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və ABŞ qanunvericiliyinə əsasən ən sərt cəzaları nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kastro  


Bizi "telegram"da izləyin