Rusiya XİN: Ermənistan həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz

2026/05/1779300893.jpg
Oxunub: 356     22:12     20 May 2026    
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın eyni vaxtda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi Birliyinə üzv olmasının mümkün olmadığını bildirib.

Ordu.az xəbər verir ki, Qaluzin bu barədə jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, iki müxtəlif inteqrasiya birliklərində eyni anda iştirak etmək əvvəldən mümkün deyil.

“Əlbəttə, eyni zamanda iki birlikdə olmaq mümkün deyil. Necə deyərlər, Ermənistan eyni anda iki toyda oynaya bilməz”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qaluzin Ermənistanın hansı istiqamətdə seçim edəcəyinin ölkə rəhbərliyinin qərarı olduğunu da əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin