Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən seçkiqabağı kampaniya zamanı açıqlama verib.
Paşinyan bildirib ki, Milli Təhlükəsizlik Xidməti sabah müəyyən edilmiş qaydada cinayət barədə məlumatı İstintaq Komitəsinə təqdim edəcək və Andranik Tevanyan barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmasını tələb edəcək.
O, həmçinin Ermənistanda mövcud olduğunu iddia etdiyi “casus şəbəkəsinin” tamamilə ləğv ediləcəyini vurğulayıb.
Paşinyan çıxışı zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryanı, iş adamı Samvel Karapetyanı və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanı da sərt şəkildə tənqid edib.
Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin “1 Mart” hadisələri ilə bağlı qərarı icra olunmalı və Robert Köçəryan uzunmüddətli həbs cəzası almalıdır.
Paşinyan Samvel Karapetyanı da çirkli pulların yuyulmasında və müxtəlif maliyyə pozuntularında ittiham edib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Seçkilərdə iştirak üçün 19 siyasi qüvvə müraciət edib.
Alpər Mövludoğlu
Ordu.az