“Radio Caroline” III Çarlzın ölümü ilə bağlı yanlış xəbərə görə üzr istəyib

2026/05/1779300746.jpg
Oxunub: 323     22:01     20 May 2026    
Böyük Britaniyanın “Radio Caroline” radiostansiyası Birləşmiş Krallığın kralı III Çarlzın ölümü ilə bağlı canlı efirdə səsləndirilən yanlış xəbərə görə üzr istəyib.

Ordu.az xəbər verir ki, bu barədə radiostansiyanın “Facebook” səhifəsində məlumat yayılıb.

Məlumata görə, hadisə mayın 19-da baş verib. “The Independent” nəşrinin yazdığına görə, radiostansiyanın efirində monarxın guya vəfat etməsi ilə bağlı xəbər səsləndirilib, daha sonra isə “God Save the King” himni yayımlanıb.

Bundan sonra yayım dayandırılıb və normal proqram təxminən 15 dəqiqəlik fasiləyə çıxıb.

Daha sonra radiostansiyanın meneceri Piter Mur bildirib ki, hadisəyə texniki nasazlıq səbəb olub. Onun sözlərinə görə, studiyada təsadüfən Britaniya yayım sistemlərində fövqəladə hallar üçün əvvəlcədən quraşdırılmış “monarxın ölümü proseduru” aktivləşib.

“Biz Əlahəzrət kraldan və dinləyicilərimizdən yaranmış narahatlığa görə üzr istəyirik”, - deyə Mur bildirib.

Xatırladaq ki, “Bukingem Sarayı” daha əvvəl 75 yaşlı III Çarlza 2024-cü il fevralın ayında xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.

Bənzər hadisə 2020-ci ildə də baş verib. Həmin vaxt Fransanın RFI radiostansiyası texniki səhv nəticəsində II Yelizaveta, Pele və Klint İstvud da daxil olmaqla bir sıra məşhurların nekroloqlarını səhvən yayımlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Kral   III-Çarlz  


Bizi "telegram"da izləyin