Rəsmi Tehran: ABŞ ilə fikir mübadiləsi İranın 14 maddəlik təklifi əsasında aparılır

2025/07/1753692734.jpg
Oxunub: 358     21:25     20 May 2026    
İran və ABŞ Tehranın təklifi əsasında münaqişənin həlli məsələsi ilə bağlı məlumat mübadiləsini davam etdirir.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransı zamanı bəyan edib.

Onun sözlərinə görə, fikir mübadiləsi İranın 14 maddəlik təklifinin mətni əsasında aparılır.

Mayın 18-də "Tasnim" xəbər agentliyi Pakistanın ABŞ-yə münaqişələrin həlli ilə bağlı 14 maddəlik yeni İran təklifi təqdim etdiyini bildirib. Qeyd olunub ki, mətndə hərbi əməliyyatların dayandırılması və etimadın artırılması tədbirləri vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   İran  


Bizi "telegram"da izləyin