Avropa İttifaqı və ABŞ yeni ticarət sazişi ilə bağlı razılığa gəlib

2026/03/1773647283.jpg
Oxunub: 329     20:55     20 May 2026    
Avropa İttifaqı və ABŞ nümayəndələri ticarət sazişinin qanunvericiliklə tənzimlənməsi barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu danışıqların əsas iştirakçılarından olan, Avropa Parlamentində “Avropa Xalq Partiyası” fraksiyasının deputatı Jelyana Zovko "X" sosial şəbəkəsində paylaşım edib.

“Biz razılıq əldə etdik! ... Avropa transatlantik ticarətdə gərginliyin dağıdıcı eskalasiyasından yayına bildi və Atlantikanın hər iki tərəfində Avropa şirkətlərini, investisiyaları və milyonlarla iş yerini qorudu”, - deyə avrodeputat yazıb.

Zovko əlavə edib ki, o, əvvəldən ABŞ-la ticarət müharibəsinin yolverilməz olduğunu müdafiə edib. Onun sözlərinə görə, ABŞ Avropa ölkələrinin ən yaxın strateji və iqtisadi tərəfdaşıdır.

“Dünyada artan qeyri-sabitlik şəraitində sınaqdan çıxmış dostlar tərəfdaş olaraq qalmalı, düşmənə çevrilməməlidirlər”, – deyə Zovko qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   ABŞ  


Bizi "telegram"da izləyin