Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan Yeğvard sakinləri ilə görüşü zamanı deyib.
O, seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya və Qərblə münasibətlərin necə qurulacağı ilə bağlı suala cavab verərkən bildirib ki, onun hakimiyyəti dövründə Avropa ilə münasibətlər pis olmayıb.
Köçəryan qeyd edib ki, Brüsselə səfərləri, Avropa Şurası və digər qurumlarla əməkdaşlıq, eləcə də Fransa, Almaniya və İtaliya liderləri ilə çoxsaylı təmasları bunu sübut edir.
“Yanaşmam belədir: Avropa ilə yaxşı münasibətlər və Rusiya ilə çox yaxşı münasibətlər”, - deyə erməni siyasətçi bildirib.
O vurğulayıb ki, Avropa İttifaqı əsasən iqtisadi qurumdur və Ermənistan əhalisinin 80 faizinin rifahı Rusiya ilə bağlıdır.
Alpər Mövludoğlu
Ordu.az