Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, Ermənistan vətəndaşları Rusiyada tibbi, pensiya və sosial təminat sahəsində bərabər imkanlardan istifadə edirlər.
Şoyqu qeyd edib ki, 2025-ci ildə Rusiyadan Ermənistana göndərilən pul köçürmələrinin həcmi təxminən 3,9 milyard dollar təşkil edib.
O bildirib ki, bu rəqəm Ermənistana edilən bütün köçürmələrin təxminən üçdə ikisini və ölkənin ümumi daxili məhsulunun 13 faizini təşkil edir.
Alpər Mövludoğlu
Ordu.az