Avropa İttifaqı Rus Pravoslav Kilsəsinə qarşı yeni sanksiyaları müzakirə edir

2026/05/1779294266.jpg
Oxunub: 347     20:14     20 May 2026    
Macarıstanın yeni hökuməti Moskva və Bütün Rusiyanın Patriarxı Kirilə qarşı Avropa İttifaqının sanksiyalarını dəstəkləməyə hazır olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Qeyd olunub ki, əvvəllər belə addımlar sabiq Baş nazir Viktor Orbanın hökuməti tərəfindən bloklanırdı.

Avropa İttifaqında Rus Pravoslav Kilsəsinin rəhbərinin sanksiya siyahısına daxil edilməsi məsələsi 2022-ci ildən Ukraynadakı müharibəyə dəstək və təbliğat fəaliyyəti ilə bağlı ittihamlar fonunda müzakirə olunur.

Məlumata görə, Avropa İttifaqı fərdi məhdudiyyətlərdən ibarət “mini-paket” hazırlayır.

Sanksiya siyahısına Patriarx Kirill ilə yanaşı, Rusiyanın idman naziri Mixail Deqtyaryov, iş adamı Vyaçeslav Kantor və milyarder Alişer Usmanovun bacısı Qulbaxor İsmayılovanın da daxil edilə biləcəyi bildirilir.

Bundan əlavə, Rus Pravoslav Kilsəsinin ayrı-ayrı nümayəndələrinin də məhdudiyyətlərə məruz qala biləcəyi qeyd olunub. Sanksiyalar paketinin iyunun sonu və ya iyulun əvvəlində formalaşdırılmasının planlaşdırıldığı vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rus-Pravoslav-Kilsəsi    


Bizi "telegram"da izləyin