Köçəryan: “Ölkəni zəiflədərək sülh gətirmək mümkün deyil”

2026/05/1779294218.jpg
Oxunub: 340     20:10     20 May 2026    
“Bütün bunlar ölkənin təhlükəsizlik səviyyəsini dəfələrlə azaldır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan Yeğvard sakinləri ilə görüşü zamanı deyib.

“Ancaq o (Paşinyan-red.) deyir ki, guya sülh gətirib. Ölkəni zəiflədərək sülh gətirmək mümkün deyil. Sülh yalnız ölkəni gücləndirməklə təmin oluna bilər”, - deyə Köçəryan vurğulayıb.

Erməni siyasətçi bildirib ki, Nikol Paşinyanın maraqları Ermənistanın və erməni xalqının maraqları ilə üst-üstə düşmür və onun əsas məqsədi hakimiyyətdə qalmaqdır.

“Onun etdiklərinə görə bağışlanma yoxdur və seçkilər onun üçün ölüm-dirim məsələsidir”, - deyə Köçəryan əlavə edib.

Yeğvard sakinləri isə “Onu qovmaq lazımdır” şüarı səsləndiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin