Sergey Şoyqu Ermənistanı Rusiyaya qarşı qeyri-dost addımlarda ittiham edib

2026/02/1770978086.jpg
Oxunub: 474     19:49     20 May 2026    
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın Moskvaya qarşı bir sıra qeyri-dost addımlar atdığını bildirib.

Ordu.az xəbər verir ki, Şoyqu bu barədə Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında danışıb.

O qeyd edib ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlər qarşılıqlı xarakter daşıyır və “iki istiqamətli küçədir”.

Şoyqunun sözlərinə görə, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Ukrayna Prezidenti Volodimir Zelenskiyə platforma təqdim olunması erməni xatirəsinə hörmətsizlik olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Ermənistan  


Bizi "telegram"da izləyin