Ordu.az xəbər verir ki, bunu Kanak İşçiləri və İşəgötürənləri Həmkarlar İttifaqları Birliyinin (USTKE) vitse-prezidenti Haokas Roş Manoje Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən “Dekolonizasiya prosesində şəhərsalmada gənclərin oynadığı rol” adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, hələ də müstəmləkə idarəçiliyi altında olan ərazilər üçün dekolonizasiya məsələsi urbanizasiyanın kənardan diktə olunan modeli olaraq qalır.
“Biz – hələ də müstəmləkə altında olan ölkələr – bu sualı özümüzə vermirik. Bu modeli bizə tətbiq etməyə davam edən müstəmləkəçidir”, – deyə o bildirib.
Manoje qeyd edib ki, kanak xalqı üçün əsas vəzifə “şüurun dekolonizasiyası” və müstəqil dövlətin qurulmasıdır.
O, Fransanın ərazinin seçki sistemini dəyişdirmək cəhdlərindən sonra 2024-cü ilin mayında Yeni Kaledoniyada baş vermiş gənclər etirazlarını da xatırladıb.
Ordu.az